Azərbaycan Prezidenti Efiopiya və Nepal dövlət başçılarını təbrik edib

Azərbaycan Prezidenti Efiopiya və Nepal dövlət başçılarını təbrik edib Məktublar hər iki ölkənin milli bayramı münasibətilə göndərilib
Xarici siyasət
27 May , 2017 15:41
Azərbaycan Prezidenti Efiopiya və Nepal dövlət başçılarını təbrik edib

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomeyə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, mətndə deyilir: 

"Hörmətli cənab Prezident,

Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına sülh və tərəqqi diləyirəm".

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Bidhya Devi Bhandariyə də təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir: 

"Hörmətli xanım Prezident,

Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi