Yuxarı

Azərbaycan Prezidenti Avstriyanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Avstriyanın dövlət başçısını təbrik edib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Federal Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi