Yuxarı

Azərbaycan Prezidenti ABŞ Konqresinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti ABŞ Konqresinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

*** 15:23

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunesin başçılıq etdiyi və komitənin üzvü Rik Kravfordun daxil olduğu nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi bildirilib, ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunesin Azərbaycana səfərinin əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyi vurğulanıb.

Söhbət zamanı Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara fəal dəstək verdiyi qeyd edilib, ölkələrimizin beynəlxalq terrorizmə qarşı mübarizədə səylərinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşdə regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi