Yuxarı

Azərbaycan Namibiya ilə diplomatik əlaqələr qurur

Azərbaycan Namibiya ilə diplomatik əlaqələr qurur

Azərbaycan Namibiya Respublikası ilə diplomatik əlaqələr qurur.

Azərbaycanın Efiopiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, oktyabrın 17-də Əddis-Əbəbə şəhərində “Azərbaycan Respublikası ilə Namibiya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike” imzalanıb.

Sənədi Azərbaycan tərəfindən səfir Elman Abdullayev, Namibiya tərəfindən isə səfir Emilia Mkusa imzalayıblar.

E.Abdullayev Azərbaycanın Afrika ölkələri ilə ikitərəfli, eləcə də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıraraq Namibiyanın Afrikanın inkişaf etmiş dövlətlərdən biri olduğunu bildirib.

E.Mkusa da, öz növbəsində, ölkəmizin uğurlu inkişaf yolunu yüksək qiymətləndirərək Azərbaycanı Afrika ölkələrinin etibarlı tərəfdaşı olduğunu xüsusi olaraq vurğulayıb.

Saziş imzalandıqdan sonra Azərbaycan Respublikasının diplomatik münasibətlər qurulmuş Afrika ölkələrinin sayı 51-ə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi