Azərbaycan - Latviya birgə komissiyasının iclası payızda keçiriləcək

Azərbaycan - Latviya birgə komissiyasının iclası payızda keçiriləcək Azərbaycan – Latviya hökumətlərarası birgə komisiyasının həmsədrləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə nəqliyyat naziri Talis Linkaits video formatında ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər.
Xarici siyasət
10 İyun , 2020 14:26
Azərbaycan - Latviya birgə komissiyasının iclası payızda keçiriləcək
Report

Azərbaycan – Latviya hökumətlərarası birgə komisiyasının həmsədrləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə nəqliyyat naziri Talis Linkaits video formatında ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər.

“Report” Latviyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, iki nazir həm də bu ilin payızında Riqada nəzərdə tutulan ikitərəfli hökumətlərarası komisiyanın iclasının gündəliyi, həmçinin COVID-19 pandemiyasından sonrakı dövrdəki əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, söhbət zamanı yük və sərnişin daşımalarının artırılması, İT, yaşıl texnologiyalar, ekologiya, təhsil və mədəniyyət sahələrdəki əməkdaşlıq məsələləri müzakirə olunub. 

Hər iki ölkənin sahibkarları arasında işgüzar əlaqələri artırmaq barədə razılığa gəlinib.

Son xəbərlər

Orphus sistemi