Bakı. 17 oktyabr. REPORT.AZ/ Ukrayna və Türkiyə transmilli cinayətkarlıqla mübarizə üzrə dördtərəfli dövlətlərarası qrupun üzvü olacaq. Qrupa Azərbaycan və Gürcüstan da daxil olacaq.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, müvafiq layihə Ukrayna Milli Polisinin sədri Sergey Knyazevlə Türkiyənin Təhlükəsizlik üzrə baş direktoru Cəlal Uzunkaya arasındakı görüş zamanı razılaşdırılıb.
"Müvafiq orqanlarımızla məsləhətləşdikdən sonra belə qrupun yaradılmasına müsbət yanaşdıq. Təəssüf ki, qloballaşan dünyada cinayət hər hansı sərhədlərlə məhdudlaşmır. Hesab edirəm ki, bütün ölkələrin polis xidmətləri əməkdaşlıq şəraitində çalışırsa, bu, çox müsbət nəticələr verir. Çünki istənilən ölkənin polisi eyni problemlərə və onları həlli yolları ilə üz-üzə qalır", - C.Uzunkaya bildirib.