Yuxarı

Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı danışıqların növbəti mərhələsi iyul-avqustda keçiriləcək - EKSKLÜZİV

Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı danışıqlar keçiriləcək

“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclasının dəqiq tarixi hələ məlum deyil”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi bu görüşün mümkün qədər tez keçirilməsinin tərəfdarıdır: “Hazırda texniki işlər, ekspertlərin görüşü və digər prosedurlar razılaşdırılır. Ekspertlərin sərhədin razılaşdırılmamış sahələrinə birgə baxışı tezliklə baş tutacaq. Bu görüş adi işgüzar təcrübədir. Sərhədlə bağlı danışıqlarda uzun müddətli fasilə olduğundan məlumatların yenilənməsinə ehtiyac var. Ekspertlərin görüşünün bazasında komissiyanın Tbilisidə keçiriləcək növbəti iclasına hazırlıq işlərinə başlanılacaq”.

L.Darsalia ekspertlərin birgə baxışı və komissiyanın növbəti iclasının iyul-avqust aylarına təsadüf edəcəyini söyləyib.

Komissiya həmsədri sərhədlə bağlı danışıqların konstruktiv mühitdə aparıldığını deyib: “Azərbaycan və Gürcüstan qonşu və strateji tərəfdaş ölkələrdir. Danışıqlar da məhz bu münasibətlərə uyğun atmosferdə keçir. Bizim ümumi maraqlarımız ondan ibarətdir ki, açıq məsələlər qalmasın. Azərbaycan-Gürcüstan münasibətlərində heç bir problem yoxdur və ola da bilməz, iki ölkə arasında yalnız işgüzar mühitdə həll oluna biləcək müəyyən məsələlər var”.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi