Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakıda Azərbaycanla Çexiya münasibətlərinin tarixinə həsr olunmuş “Bakı-Praqa: zamanın gizlədiyi izlər” adlı kitabın təqdimat mərasimi keçirilib.
“Report”un məlumatına görə, Çexiya səfirliyinin təşəbbüsü ilə yazılan kitabda hər iki ölkənin arxivlərindəki materiallardan istifadə olunub.
Təqdimat mərasimi zamanı səfirin müavini Petr Vaqner orta əsrlərdən müasir dövrədək olan böyük zaman kəsimini əhatə edən kitabda Azərbaycan Xalq Cümhuriyyəti dövrünə də geniş yer ayrıldığını diqqətə çatdırıb.
Tədbirdə Çex Respublikasının Azərbaycana yeni təyin olunan səfiri Milan Ekert də iştirak edib.