Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın iclası gələn ilin birinci rübündə keçiriləcək

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın iclası gələn ilin birinci rübündə keçiriləcək İclasda Azərbaycan prezidenti İlham Əliyevin Minskə səfərinin təşkili məsələləri müzakirə olunacaq
Xarici siyasət
17 Dekabr , 2014 14:24
Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın iclası gələn ilin birinci rübündə keçiriləcək

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın IX iclası gələn ilin birinci rübündə Minskdə keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç mətbuat konfransında bildirib.

O qeyd edib ki, ikitərəfli münasibətlərdən başqa, iclasda həmçinin  Azərbaycan Prezidenti İlham Əliyevin Minskə səfərinin təşkili məsələləri müzakirə olunacaq.

"Hökumətlərarası Komissiyanın təşkilini gələn ilin ikinci yarımilliyinə saxlamamağa çalışmalıyıq", - səfir qeyd edib və əlavə edib ki, prezidentin səfəri 2015-ci ilin ikinci yarısında baş tuta bilər. 

Son xəbərlər

Orphus sistemi