Yuxarı
    Bağlamaq

    Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın iclası gələn ilin birinci rübündə keçiriləcək

    İclasda Azərbaycan prezidenti İlham Əliyevin Minskə səfərinin təşkili məsələləri müzakirə olunacaq

    Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın IX iclası gələn ilin birinci rübündə Minskdə keçiriləcək.

    "Report" xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç mətbuat konfransında bildirib.

    O qeyd edib ki, ikitərəfli münasibətlərdən başqa, iclasda həmçinin  Azərbaycan Prezidenti İlham Əliyevin Minskə səfərinin təşkili məsələləri müzakirə olunacaq.

    "Hökumətlərarası Komissiyanın təşkilini gələn ilin ikinci yarımilliyinə saxlamamağa çalışmalıyıq", - səfir qeyd edib və əlavə edib ki, prezidentin səfəri 2015-ci ilin ikinci yarısında baş tuta bilər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi