Yuxarı

Azay Quliyev: "Müəyyən çətinliklərə baxmayaraq, ATƏT PA ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir"

© Report/ Firi Salim — ATƏT PA vitse-prezidenti, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətin rəhbəri Azay Quliyev

Bakı. 21 may. REPORT.AZ/ "Müəyyən çətinliklərə baxmayaraq, ATƏT Parlament Assambleyası ilə Azərbaycan parlamenti və ölkənin digər qurumları arasında münasibətlər yüksələn xətlə inkişaf edir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətin rəhbəri Azay Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bu qurumla əməkdaşlığı dinamik xarakter daşıyır: "Bu gün Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ən fəal nümayəndə heyətlərindən biridir. Azərbaycan qurumun işinə çox böyük dəstək, töhfə verir, həmçinin ölkəmizin təşəbbüsü ilə bir neçə ciddi layihələr həyata keçirilib. Bunlardan biri 22 ölkəni birləşdirən İpək Yoluna Dəstək Qrupudur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi