Bakı. 19 oktyabr. REPORT.AZ/ Avstriyanın Azərbaycandakı səfiri Aksel Vexin diplomatik missiyası başa çatır.
Bu barədə “Report”a səfirlikdən məlumat verilib.
Səfirlikdən diplomatın gələn ayın əvvəlində Azərbaycandan ayrılacağı qeyd edilib. Yeni səfir təyin olunanadək diplomatik korpusa müvəqqəti işlər vəkili Volfqanq Marxardt rəhbərlik edəcək.