Yuxarı

Avropa Şurasının nümayəndəsi: "Azərbaycan təşkilatın tamhüquqlu üzvüdür"

Avropa Şurasının nümayəndəsi: "Azərbaycan təşkilatın tamhüquqlu üzvüdür"
Əlaqələrimizdə problem yaradan, amma gələn ayın sonunda həll oluna biləcək məsələlər var
© Report/ Firi Salim — Avropa Şurasının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi, səfir Zoltan Hernyes

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür".

"Report" xəbər verir ki, bunu Avropa Şurasının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi, səfir Zoltan Hernyes Azərbaycanın bu təşkilatdan çıxmasının mümkünlüyü barədə məsələni şərh edərkən jurnalistlərə açıqlamasında deyib.

"Düşünmürəm ki, bu, baş verəcək. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür və Avropa Şurasının institutlarının işində tam iştirak edir", - səfir vurğulayıb. O, hazırda məsələnin müzakirə olunduğunu söyləyib.

"Əlaqələrimizdə problem yaradan, amma gələn ayın sonunda həll oluna biləcək məsələlər var", - o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi