Yuxarı
    Bağlamaq

    ATƏT-ə sədrlik Slovakiyaya keçib

    Slovakiya ATƏT-ə sədrlik dövründə Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak etmək niyyətindədir

    Bakı. 1 yanvar. REPORT.AZ/ Yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik İtaliyadan Slovakiyaya keçib.

    "Report" xəbər verir ki, Slovakiya Respublikası 2019-cu ildə təşkilata rəhbərlik edəcək.

    Xatırladaq ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılmış münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.

    Sədr dəyişikliyi hər il rotasiya əsasında həyata keçirilir.

    Daha əvvəl bildirilirdi ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi