ATƏT DTİHB direktoru Azərbaycana gəlib

ATƏT DTİHB direktoru Azərbaycana gəlib Bu, Maykl Linkin ATƏT DTİHB direktoru qismində Azərbaycana ilk səfəridir
Xarici siyasət
7 Aprel , 2015 17:04
ATƏT DTİHB direktoru Azərbaycana gəlib

Bakı. 7 aprel. REPORT.AZ/ ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları üzrə Bürosunun (ATƏT DTİHB) direktoru Maykl Link Azərbaycana gəlib.

"Report"un məlumatına görə, iki günlük səfər çərçivəsində M.Link rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək, həmin görüşlərdə Azərbaycan və ATƏT-in əməkdaşlığı məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, bu, M.Linkin ATƏT DTİHB direktoru qismində Azərbaycana ilk səfəridir.

Maykl Link ATƏT DTİHB direktoru vəzifəsinə 2014-cü ilin iyul ayında təyin olunub və bu postda Yanes Lenarçiçi əvəz edib. 

Son xəbərlər

Orphus sistemi