AŞPA-nın Alt Komitəsi Rusiyanın qonşu ölkələrlə münasibətlərini müzakirə edəcək

AŞPA-nın Alt Komitəsi Rusiyanın qonşu ölkələrlə münasibətlərini müzakirə edəcək Müzakirələrdə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri iştirak edəcəklər
Xarici siyasət
17 Yanvar , 2015 11:04
AŞPA-nın Alt Komitəsi Rusiyanın qonşu ölkələrlə münasibətlərini müzakirə edəcək

Bakı. 17 yanvar. REPORT.AZ/ Yanvarın 20-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Rusiyanın öz qonşuları ilə münasibətdə siyasətinə dair Xüsusi Alt Komitəsinin iclası keçiriləcək. "Report" AŞPA mətbuat xidmətinə istinadən xəbər verir ki, Alt Komitə Ukrayna nümayəndə heyətinin üzvləri ilə fikir mübadiləsi aparacaq. 

"İclasda AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna üzrə həmməruzəçiləri iştirak edəcək və Rusiyanın qonşuluq siyasətinin onun məsuliyyəti altında olan ölkələr üçün monitorinq proseduruna təsiri nəticələri haqqında məsələ üzrə öz fikirlərini bildirəcəklər", - AŞPA mətbuat xidmətinin məlumatında deyilir. 

Son xəbərlər

Orphus sistemi