Anar Bağırov: “Xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi vacib məsələlərdəndir”

Anar Bağırov: “Xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi vacib məsələlərdəndir” Tbilisi. 8 noyabr. REPORT.AZ/ “Vəkillər Kollegiyası üçün xaricdə yaşayan azərbaycanlıların maraqlarının, onların hüquqlarının müdafiəsi ən vacib məsələlərdən biridir”.
Xarici siyasət
8 Noyabr , 2018 12:50
Anar Bağırov: “Xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi vacib məsələlərdəndir”
0 : 00
0 : 00

Tbilisi. 8 noyabr. REPORT.AZ/ “Vəkillər Kollegiyası üçün xaricdə yaşayan azərbaycanlıların maraqlarının, onların hüquqlarının müdafiəsi ən vacib məsələlərdən biridir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu qurumun sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan və digər ölkələrdə çoxlu sayda soydaşlarımız yaşayır: “Təbii ki, xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini lazımi şəkildə təşkil etmək üçün mütləq yerli vəkillərlə əməkdaşlıq etmək lazımdır. Gürcüstan Vəkillər Kollegiyası ilə uzun müddətdir çox yaxın dostluq və əməkdaşlıq münasibətləri var. Bir neçə ay öncə Tbilisidə Türkiyə, Gürcüstan və Azərbaycanın Vəkillər kollegiyaları arasında strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sənədə uyğun olaraq assosiasiyalar bir-birinə dəstək verirlər və ümumi tədbirlərdə iştirak edilər. Gələn həftə Bakıda beynəxlaq konfrans keçiriləcək və tədbirə Gürcüstan, Türkiyə və digər ölkələrin nümayəndələri və kollegiya rəhbərləri dəvət olunublar”.

A.Bağırov bildirib ki, region ölkələrinin vəkilləri arasında əməkdaşlığın xüsusi əhəmiyyəti var: “Əməkdaşlıq olmayan yerdə vəkillik peşəsi inkişaf edə bilməz". 

Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən Vəkillərin Beynəlxalq Konfransında iştirak edir. Toplantıda vəkilliyin rolu, vəkillərin cəmiyyətdəki əhəmiyyəti, ödənişsiz hüquqi yardımın inkişafı, bu sahədəki islahatlar və digər mövzular müzakirə olunur. Konfransda həmçinin Avropada vəkillərin müdafiəsi üzrə Konvensiya nəzərdən keçiriləcək və sənədlə bağlı təkliflər irəli sürüləcək. A.Bağırov konfrans çərçivəsində Avropa Vəkilləri Assosiasiyasının rəhbəri Mariya Slazakla da görüşəcək. 

Son xəbərlər

Orphus sistemi