Almaniyalı deputat: "Azərbaycan bütün sahələr üzrə əməkdaşlıq baxımından cəlbedici ölkədir"

Almaniyalı deputat: "Azərbaycan bütün sahələr üzrə əməkdaşlıq baxımından cəlbedici ölkədir" “Azərbaycan ilə Almaniya arasında çox normal parlamentlərarası münasibətlər mövcuddur. Nəzərə alsaq ki, qlobal dünyada parlamentarizmin rolu xalqlararası, ölkələrarası münasibətdə həlledicidir, düşünürəm, iki ölkə arasında bu baxımdan ciddi potensial var”.
Xarici siyasət
19 Dekabr , 2019 10:31
Almaniyalı deputat: Azərbaycan bütün sahələr üzrə əməkdaşlıq baxımından cəlbedici ölkədir
wikimedia.org

“Azərbaycan ilə Almaniya arasında çox normal parlamentlərarası münasibətlər mövcuddur. Nəzərə alsaq ki, qlobal dünyada parlamentarizmin rolu xalqlararası, ölkələrarası münasibətdə həlledicidir, düşünürəm, iki ölkə arasında bu baxımdan ciddi potensial var”. 

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının (parlament) hakim partiyadan olan deputatı Olav Guttinq bildirib. 

O hesab edir ki, Almaniya parlamentindən Azərbaycanın yetərincə görünməsi üçün daha çox qarşılıqlı dialoqlar, təqdimatlar keçirilməlidir: “Azərbaycan Cənubi Qafqazda bütün sahələr üzrə əməkdaşlıq baxımından cəlbedici ölkədir”. 

Deputat, həmçinin Azərbaycanın ərazi bütövlüyünə qarşı hərbi təxribatın və hücumların qəbuledilməz olduğunu vurğulayıb:  “Heç bir ölkə hərbi təcavüzə məruz qalmağa layiq deyil, o cümlədən Azərbaycan. Dağlıq Qarabağ münaqişəsində beynəlxalq normalar, o cümlədən ATƏT-in Minsk qrupu missiyası var. Hesab edirəm, bunlara zidd addımların atılması yalnız münaqişənin uzadılmasına xidmət edə bilər”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi