Aleksandr Lukaşenko: "Belarus öz müəssisələrində Azərbaycan neftinin emalında maraqlıdır"

Aleksandr Lukaşenko: "Belarus öz müəssisələrində Azərbaycan neftinin emalında maraqlıdır" Azərbaycan neftinin zavodlarımızda emalı bizim üçün böyük maraq kəsb edir
Xarici siyasət
25 Noyabr , 2016 22:39
Aleksandr Lukaşenko: Belarus öz müəssisələrində Azərbaycan neftinin emalında maraqlıdır

Bakı. 25 noyabr. REPORT.AZ/ "Ölkə öz müəssisələrində Azərbaycan neftinin emalında maraqlıdır".

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Bizim respublikamız hələ SSRİ vaxtlarından inkişaf etmiş neft-kimya kompleksinə malikdir. Bu müəssisələr dünya standartlarına uyğun yüksək texnologiya səviyyəsi ilə, neft hasilatının dərinliyi ilə və neft məhsullarının keyfiyyəti ilə səciyyələnir.

Xarici bazarlarda Belarus neft-kimyası məhsulunun 70 faizindən çoxu reallaşır. Buna görə Azərbaycan neftinin zavodlarımızda emalı bizim üçün böyük maraq kəsb edir", — deyə Lukaşenko bildirib.

Qeyd edək ki, Belarus prezidenti noyabrın 28-29-da Azərbaycana rəsmi səfərə gələcək.

Son xəbərlər

Orphus sistemi