Yuxarı

Aleksandr Lukaşenko: "Azərbaycan xalqı dövlətin möhkəmlənməsinin xeyrinə seçim edəcək"

Aleksandr Lukaşenko: "Azərbaycan xalqı dövlətin möhkəmlənməsinin xeyrinə seçim edəcək"
Belarus prezidenti: Minskdə Azərbaycan ikitərəfli və çoxtərəfli formatda əlaqələrin daha da inkişafına inanırlar
Belarus prezidenti Aleksandr Lukaşenko

Bakı. 6 aprel. REPORT.AZ / "Əminəm ki, Azərbaycan xalqı öz dövlətinin möhkəmlənməsinin və tərəqqisinin xeyrinə seçim edəcək".

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə deyib.

A.Lukaşenko bildirib ki, Minskdə Azərbaycan ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin daha da inkişafına inanırlar.

İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

Xatırladaq ki, Azərbaycanda Prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi