Yuxarı

Aİ nümayəndələri "Şərq Tərəfdaşlığı" sammitinin yekun bəyannaməsi barədə razılığa gəliblər

Aİ nümayəndələri "Şərq Tərəfdaşlığı" sammitinin yekun bəyannaməsi barədə razılığa gəliblər

Sənəd Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusa təqdim olunacaq

Bakı. 12 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı ölkələri noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinin yekun bəyannaməsinin mətni ilə bağlı razılığa gəliblər.

"Report" xəbər verir ki, bunu "Azadlıq" radiosunun Brüssel müxbiri Rikard Yozvyak özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, ittifaqın nümayəndələri sənədin yekun variantını müzakirə ediblər. 

"Avropa İttifaqına üzv olan dövlətlər "Şərq Tərəfdaşlığı" sammitinin bəyannaməsi ilə bağlı razılıq əldə ediblər. Bəyannamənin mətni Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusa veriləcək", -deyə R.Yozvyak vurğulayıb. 

O qeyd edib ki, Ukrayna, Moldova və Gürcüstanın Avropaya can atması "Şərq Tərəfdaşlığı"nın bəyannaməsində öz əksini tapıb.

Xatırladaq ki, Avropa İttifaqının altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Onun təşəbbüskarı qismində Polşa və İsveç çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi