Yuxarı

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfərinin tarixi məlum olub

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfərinin tarixi məlum olub
Herbert Zalber gələn həftə Bakıya gələcək

Bakı. 21 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Azərbaycana səfərinin detalları məlum olub.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, səfər oktyabrın 25-də reallaşacaq və 3 gün davam edəcək.

H.Zalber Bakıda rəsmi şəxslərlə bir sıra görüş keçirəcək və Azərbaycanla Aİ arasında əlaqələrin inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi