Avropa İttifaqı (Aİ) Azərbaycan Ali Məhkəməsinin Respublikaçı Alternativ Partiyasının (REAL) rəhbəri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı qərarlarını alqışlayıb.
“Report” xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr Departamentinin bəyanatında deyilir.
“Bu qərar çoxdan gözlənilən qərardır və yekunda Avropa İnsan Haqları Məhkəməsinin müvafiq qərarlarına tam uyğundur”, - təşkilatın açıqlamasında bildirilir.
Qeyd olunur ki, Avropa İttifaqı ölkədə demokratiya və insan haqlarının fundamental məsələlərini həll etmək üçün Azərbaycanla əməkdaşlıq və dialoqa davam edəcək.