ADU-da “Rusiyada siyasi antropologiya: tarix və müasirlik” mövzusunda ictimai mühazirə təşkil edilib

ADU-da “Rusiyada siyasi antropologiya: tarix və müasirlik” mövzusunda ictimai mühazirə təşkil edilib Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) Rusiyaşünaslıq Elmi-Tədqiqat Labaratoriyasının təşəbbüsü ilə “Rusiyada siyasi antropologiya: tarix və müasirlik” mövzusunda ictimai mühazirə təşkil edilib.
Xarici siyasət
20 Noyabr , 2017 11:41
ADU-da “Rusiyada siyasi antropologiya: tarix və müasirlik” mövzusunda ictimai mühazirə təşkil edilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) Rusiyaşünaslıq Elmi-Tədqiqat Labaratoriyasının təşəbbüsü ilə “Rusiyada siyasi antropologiya: tarix və müasirlik” mövzusunda ictimai mühazirə təşkil edilib.

“Report”un xəbərinə görə, labaratoriyanın müdiri, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev siyasi antropologiyanın dünya elm sistemində mövqeyinin getdikcə möhkəmləndiyini və bu barədə Rusiya təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. O, gənc alim Eldar Əmirovun siyasi antropologiya mövzusunda uzun müddətdir araşdırmalar apardığını, hətta onun bir neçə il əvvəl “Azərbaycan xalqının siyasi antrologiyası” mövzusunda elmi tədqiqat işini müdafiə etdiyini, Azərbaycanda ilk dəfə “Siyasi antropologiya” fənnini tədris etdiyini diqqətə çatdırıb.

Daha sonra Rusiyaşünaslıq Elmi-Tədqiqat Labaratoriyasının baş elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov “Rusiyada siyasi antropologiya: tarix və müasirlik” mövzusunda ictimai mühazirəsini təqdim edib. O, Rusiyada antropologiyanın keçdiyi inkişaf yoluna ətraflı nəzər salıb, bu istiqamətdə dəyərli tədqiqatlar aparmış görkəmli rus alimlərinin fəaliyyətini təhlil edib. E.Əmirov müasir dövrdə siyasi antropologiyanın Rusiyadakı vəziyyəti, bu istiqamətdə aparılan elmi axtarışlar barədə də məlumat verib: “Rusiyanın görkəmli siyasi antropoloqlarının və nəzəriyyəçilərinin əsərləri və fikirləri Azərbaycanda yeni olan siyasi antropologiya elminin inkişafında mühüm mənbələrdən biri kimi çıxış edə bilər”.

İctimai mühazirə böyük maraqla qarşılanıb, tədqiqatçı auditoriyanın suallarını cavablandırıb.

Tədbirdə qonaq qismində iştirak edən “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin Rusiyaşünaslıq Elmi Tədqiqat Labaratoriyasının yaradılmasını Rusiya-Azərbaycan mədəni-elmi, humanitar əlaqələri baxımından mühüm hadisə kimi qiymətləndirib və bu təşəbbüsə görə ADU-nun rektoru, akademik Kamal Abdullaya minnətdarlığını çatdırıb. A.Kalamin mühazirəçi Eldar Əmirovun əməyini də yüksək qiyməndirib və qaldırılan problemlərin aktuallığı barədə danışıb. O, iki ölkə arasında elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinin bildirib və bu cür ictimai mühazirələrin davamlı olmasını arzulayıb. “Rossotrudniçestvo” Agentliyi adından Labaratoriyaya Rusiya tarixinə, elminə və mədəniyyətinə dair kitablar da hədiyyə edilib.

Professor Məmməd Əliyev göstərilən diqqətə görə təşəkkür edib və bu cür ictimai mühazirələrin davam etdiriləcəyini, Labaratoriyada yeni layihələrin hazırlandığını bildirib.

Son xəbərlər

Orphus sistemi