Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakıda Amerika Birləşmiş Ştatlarının (ABŞ) Hərbi Hava Qüvvələrinin yaradılmasının 71-ci ildönümü qeyd olunub.
Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin hərbi attaşesi, polkovnik Adam Kavlik bununla bağlı təşkil olunan ziyafətdə Azərbaycanın Hərbi Hava Qüvvələrinin təmsilçiləri də daxil olmaqla gələn qonaqları salamlayaraq ABŞ-Azərbaycan hərbi əməkdaşlığına dair çıxış edib. “Azərbaycanla Əfqanıstanda keçirdiyimiz fəaliyyət, qlobal terroçuluğa qarşı mübarizə və regional təhlükəsizliyin təminatı kimi sahələrdə mühüm əməkdaşlığımızı davam etdirmək niyyətindəyik”, - deyə o bildirib.