ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Azərbaycana səfər edəcəyini təsdiqləyib
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Azərbaycana səfər edəcəyini təsdiqləyibCon Bolton: "Oktybarın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana gedəcəyəm"
Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfərə gələcək.
"Report" xəbər verir ki, bu barədə C.Boltonun "Twitter" səhifəsində yazılıb.
"Təhlükəsizliklə bağlı bir sıra məsələlərdə ABŞ-ın maraqlarının təşviqi üçün həmkarlarımla və digər yüksək vəzifəli şəxslərlə görüşmək üçün oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana gedəcəyəm", - C.Bolton yazıb.
On October 20th I'll be travelling to Russia, Azerbaijan, Armenia, and Georgia to meet with my counterparts and other senior officials to advance American interests on a range of security issues.