Zərifə Mahəddinova AXCP-dən istefa verib

Zərifə Mahəddinova AXCP-dən istefa verib Daha öncə sədrin müşaviri postundan azad edilib
Daxili siyasət
24 Fevral , 2015 12:30
Zərifə Mahəddinova AXCP-dən istefa verib

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin sabiq müşaviri Zərifə Mahəddinova partiyadan istefa verib. “Report”un məlumatına görə, bu barədə AXCP sədrinin sabiq müavini Razi Nurullayev keçirdiyi mətbuat konfransında məlumat verib. 

O deyib ki, Z.Mahəddinova partiyadan istefa verdikdən sonra ona qarşı şantajdan istefa olunub: “Bir qadına qarşı bu cür davranış doğru deyil. Mən bunu açıqlamaq istəmirdim, amma məni buna məcbur etdilər". 

Qeyd edək ki, Z.Mahəddinova partiyadan istefa verməzdən öncə sədrin müşaviri postundan azad edilib.

Son xəbərlər

Orphus sistemi