Yuxarı

Zərdab, Ağsu və Kürdəmirdə karantin rejimini pozanlar cərimələndi

​Zərdab, Ağsu və Kürdəmirdə karantin rejimini pozanlar cərimələndi

1078

Bu gündən karantin rejiminin daha da gücləndirilməsinə baxmayaraq, bəzi rayonlarda karantin rejimini ciddi şəkildə pozan vətəndaşlara da rast gəlinib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün Zərdab rayon Polis Şöbəsinin əməkdaşları rayonun 2 sakinini karantin rejimini pozduğuna görə İnzibatı Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat cərimə edib.

Bundan başqa Ağsu rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimini ciddi şəkildə pozduğuna görə rayonun 4 sakinini İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat cərimə edib.

Eyni zamanda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları da həmin maddə ilə gün ərzində 2 nəfəri cərimə edib və 1 nəfər isə Cinayət Məcəlləsinin 535-ci maddəsinə uyğun olaraq xidmətdə olan polis əməkdaşına tabe olmadığına görə saxlanılaraq polis şöbəsinə gətirilib.

Hazırda adıçəkilən rayonlarda polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi