Yuxarı

Bakıda havaya atılan tullantıya görə müəssisə cərimələnib

Zavod 4 min manat cərimələndi
© Report

Bakı. 20 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, N.Nəsrullayev küçəsi 5 ünvanında fəaliyyət göstərən Bakı Elektriktökmə ASC-nin nəzdində fəaliyyət göstərən sexdən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq aparılıb.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı Bakı Elektriktökmə ASC-nin nəzdində icarə müqaviləsi ilə fəaliyyət göstərən metal qəbulu sexinin sahibi Natiq Məmmədov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub. Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğunun quraşdırılması məqsədilə sexin sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Bakı Elektriktökmə ASC-yə isə ətraf mühitə mənfi təsiri olan sexlərlə icarə müqaviləsi bağlamaması üçün icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi