Yuxarı

Zakir Qaralov Qaxda vətəndaşları qəbul edəcək

Zakir Qaralov Qaxda vətəndaşları qəbul edəcək
Qəbul avqustun 25-də Qax rayon prokurorluğunun inzibati binasında keçiriləcək

Bakı. 21 avqust. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ və Oğuz rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Avqustun 25-də saat 10:00-da Qax rayon Prokurorluğunun inzibati binasında keçiriləcək qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qax şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi