Zakir Qaralov Hacıqabulda vətəndaşları qəbul edib

Zakir Qaralov Hacıqabulda vətəndaşları qəbul edib Müraciətlərin bir qismi yerində həllini tapıb
Daxili siyasət
13 Noyabr , 2015 14:52
Zakir Qaralov Hacıqabulda vətəndaşları qəbul edib

Bakı. 13 noyabr. REPORT.AZ/  Baş prokuror Zakir Qaralov noyabrın 13-də Hacıqabulda Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul edib. "Report"un məlumatına görə, qəbuldan əvvəl Baş prokuror və Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub və əziz xatirəsini ehtiramla yad ediblər.

Baş prokuror 20-yə yaxın vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini dinləyib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi qanunauyğun və operativ şəkildə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə qəbulda iştirak edən rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün tapşırıqlar verilib. 

Son xəbərlər

Orphus sistemi