Zakir Qaralov 5 rayonun sakinlərini qəbul edəcək

Zakir Qaralov 5 rayonun sakinlərini qəbul edəcək Bakı. 11 iyun. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Ağstafa rayon prokurorluğunun inzibati binasında Ağstafa, Qazax, Şəmkir, Tovuz və Gədəbəy rayon sakinlərinin qəbulunu keçirəcək.
Daxili siyasət
11 İyun , 2018 15:25
Zakir Qaralov 5 rayonun sakinlərini qəbul edəcək
Baş prokuror Zakir Qaralov / Report
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Ağstafa rayon prokurorluğunun inzibati binasında Ağstafa, Qazax, Şəmkir, Tovuz və Gədəbəy rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, iyunun 22-i saat 10:00-da baş tutacaq qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağstafa rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi