Prezident: "Yoluxanların sayı kəskin artsa, məhdudlaşdırıcı tədbirlər yenidən gücləndiriləcək"

Prezident: "Yoluxanların sayı kəskin artsa, məhdudlaşdırıcı tədbirlər yenidən gücləndiriləcək" Görülən bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı tədbirlər bir məqsəd daşıyıb – vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq.
Daxili siyasət
7 May , 2020 13:31
Prezident: Yoluxanların sayı kəskin artsa, məhdudlaşdırıcı tədbirlər yenidən gücləndiriləcək
0 : 00
0 : 00

"Görülən bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı tədbirlər bir məqsəd daşıyıb – vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mir” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, aprelin 14-dən başlayaraq Azərbaycanda müsbət dinamika müşahidə edilir:

"Sağalanların sayı yoluxanların sayından çoxdur. Bunun nəticəsində aprelin 27-dən başlayaraq və sonra mayın 4-də karantin rejimi yumşaldıldı. Karantin rejimi mayın sonunadək qüvvədədir. Beləliklə, biz vəziyyətin müvafiq daimi monitorinqini gələcəkdə də davam etdirəcəyik və əgər görsək ki, yumşaltma xarakteri daşıyan tədbirlər yoluxanların kəskin artmasına gətirib çıxarır, o halda məhdudlaşdırıcı tədbirləri yenidən gücləndirməli olacağıq".

Son xəbərlər

Orphus sistemi