Bakı. 26 sentyabr. REPORT.AZ/ "Referendum uğurla başa çatdı. Xalq Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən konstitusiyaya təklif edilən dəyişiklikləri müsbət dəyərləndirdi".
"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov ümumxalq səsverməsi (referendum) ilə bağlı hakim partiyanın qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, YAP-ın yerlərdə olan müşahidəçilərinin verdiyi məlumata əsasən seçkilərdə vətəndaşların yüksək fəallığı müşahidə olunub: "Bu da onu deməyə əsas verir ki, vətəndaşlar referenduma məsuliyyətlə yanaşıblar. Test kifayət qədər uğurlu oldu. Səsvermənin təxmini nəticələri bunu büruzə verdi. MSK yaxın vaxtlarda ilkin məlumatlarını açıqlayacaq. Xalq referendumda Azərbaycan Konstitusiyasının müasir baxımdan təkmiləşdirilməsini dəstəklədi".