Ulu öndər
"Report" xəbər verir ki, görüşdə YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini
Ə.Əhmədov ümummilli lider Heydər Əliyevin gənclərə, o cümlədən tələbələrə diqqət və qayğısından danışıb.
O bildirib ki, 15 ildir Azərbaycanda ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı məktəblilər arasında yazı müsabiqəsi keçirilir: “YAP həmin müsabiqənin qalibləri tələbə adını qazandıqda onlara təqaüd təyin edilməsi ilə bağlı qərar qəbul edib. Bu illər ərzində YAP-ın təqaüdünü alan çoxlu sayda tələbələr olub. Bu gün burada toplananlar II və yuxarı kurs tələbələridir. Onlarla görüşümüz həmin tələbələrin təhsilləri ilə maraqlanmaq məqsədi daşıyır”.
Daha sonra tədbir gənclərin fikir mübadiləsi ilə davam edib.