Yuxarı
    Bağlamaq

    YAP növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürüb - YENİLƏNİB-2

    Partiyanın qurultayı başa çatıb

    Bakı. 8 fevral. REPORT.AZ/ Qurultayda yenidən çıxış edən YAP-ın sədri, dövlət başçısı İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib.

    Yeni Azərbaycan Partiyasının VI qurultayı dövlət himninin səslənməsi ilə başa çatıb.


    *** 11:06

    Bakı. 8 fevral. REPORT.AZ/ Bakıda, Heydər Əliyev Mərkəzində hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı davam edir.

    “Report”un xəbərinə görə, YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdiyi qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib.

    Dövlət başçısı YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs edib.

    Sonra çıxış edən işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev, YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quliyeva, Milli Məclisin deputatı Rəşad Mahmudov, Gəncə şəhərindən olan iş adamı Elnur Camalxanov, Qusar şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, ADA Universitetinin tələbəsi Emil Aslanlı dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərindən, əldə olunan nailiyyətlərdən danışıblar.

    Çıxışlarda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi təklif olunub.

    Partiya sədri, Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin namizədliyi səs veməyə çıxarılıb və yekdilliklə qəbul olunub. Beləliklə, YAP növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürüb.


    *** 09:02

    Bakı. 8 fevral. REPORT.AZ/ Bakıda, Heydər Əliyev Mərkəzində hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı keçirilir.

    “Report”un xəbərinə görə, bu, YAP-ın VI qurultayıdır.

    Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq, habelə, növbədənkənar Prezident seçkilərinə namizəd irəli sürüləcək.

    Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2013-cü ildə keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi