Yuxarı

YAP Bakının mərkəzində qələbə mitinq-konserti keçirib - FOTO

YAP Bakının mərkəzində qələbə mitinq-konserti keçirib - FOTO
© Foto: "Report"

Bakı. 11 aprel. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) aprelin 11-də keçirilən Prezident seçkilərində İlham Əliyevin qələbəsini qeyd etmək məqsədilə mitinq-konsert təşkil edib.

“Report”un xəbərinə görə, “Sahil” bağında keçirilən tədbirdə hakim Partiyanın rəsmi şəxsləri ilə yanaşı, YAP fəalları, Partiyanın sıravi üzvləri və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak edir.

Çıxış edən YAP sədrinin müavini Akif Əlizadə Azərbaycan xalqını təbrik edərək bu günü tarixi hadisə adlandırıb.

Daha sonra konsertdə xalq artistləri Mübariz Tağıyev, Bilal Əliyev, əməkdar artist Abbas Bağırov, müğənni Sevda Yəhyayeva, Nadir Qafarzadə və başqaları oxuyub.

Konsert proqramında ölkənin tanınmış incəsənət xadimləri çıxış edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi