YAP Bakının mərkəzində qələbə mitinq-konserti keçirib - FOTO

YAP Bakının mərkəzində qələbə mitinq-konserti keçirib - FOTO Bakı. 11 aprel. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) aprelin 11-də keçirilən Prezident seçkilərində İlham Əliyevin qələbəsini qeyd etmək məqsədilə mitinq-konsert təşkil edib.
Daxili siyasət
11 Aprel , 2018 21:21
YAP Bakının mərkəzində qələbə mitinq-konserti keçirib - FOTO
Foto: "Report"

Bakı. 11 aprel. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) aprelin 11-də keçirilən Prezident seçkilərində İlham Əliyevin qələbəsini qeyd etmək məqsədilə mitinq-konsert təşkil edib.

“Report”un xəbərinə görə, “Sahil” bağında keçirilən tədbirdə hakim Partiyanın rəsmi şəxsləri ilə yanaşı, YAP fəalları, Partiyanın sıravi üzvləri və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak edir.

Çıxış edən YAP sədrinin müavini Akif Əlizadə Azərbaycan xalqını təbrik edərək bu günü tarixi hadisə adlandırıb.

Daha sonra konsertdə xalq artistləri Mübariz Tağıyev, Bilal Əliyev, əməkdar artist Abbas Bağırov, müğənni Sevda Yəhyayeva, Nadir Qafarzadə və başqaları oxuyub.

Konsert proqramında ölkənin tanınmış incəsənət xadimləri çıxış edirlər.

Son xəbərlər

Orphus sistemi