Yuxarı

Hökumət: Xaricdən ölkəyə gəlmək istəyən vətəndaşların təxliyəsi ödənişlidir

Xaricdən ölkəyə gəlmək istəyən vətəndaşların təxliyəsi ödənişlidir

1005

İbrahim Məmmədov

“Karantin rejiminin tətbiq edildiyi və xüsusən də uçuşların dayandırıldığı ilk günlərdə xaricdə qalan vətəndaşlarımızın Azərbaycana gətirilməsi dövlət hesabına həyata keçirilirdi. Bu müddət ərzində 10 mindən çox vətəndaşımız ölkəmizə gətirilib”.

"Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Artıq bundan sonrakı mərhələdə xaricdə olan vətəndaşların ölkəmizə təxliyəsi ödənişli həyata keçirilir”, - İ.Məmmədov deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi