Bakı. 23 aprel. REPORT.AZ/ Vüsal Hüseynov Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.
"Report"un məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev aprelin 23-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.
Qeyd edək ki, V.Hüseynov bu təyinatadək Milli Məclisin deputatı olub. Bundan əvvəl isə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev idi.