Prezident
"Report" xəbər verir ki, sərəncamla Vilyam Fərhalı oğlu Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Xatırladaq ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.
V.Hacıyev 1957-ci ildə Xanlar (indiki Göygöl ) şəhərində anadan olub. O, 2012-ci il aprelin 14-dən İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.
V.Hacıyev daha əvvəl müxtəlif vaxtlarda Göygöl və Samux rayonlarının icra hakimiyyətinin başçısı olub.