Vidadi İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Vidadi İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Prezident İlham Əliyev Vidadi İsayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Daxili siyasət
17 Aprel , 2019 16:12
Vidadi İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Vidadi İsayevin  2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vidadi İsa oğlu İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, V.İsayev 1959-cu ilin aprelin 18-də Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 2005-2011-ci illərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2011-ci ildən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. 

Sabah onun 60 yaşı tamam olur. 

Son xəbərlər

Orphus sistemi