Vətəndaş və İnkişaf Partiyasının qurultayının vaxtı açıqlanıb

Vətəndaş və İnkişaf Partiyasının qurultayının vaxtı açıqlanıb Əli Əliyev: "Partiya sədrliyinə namizədliyimi irəli sürəcəm"
Daxili siyasət
28 Aprel , 2017 15:41
Vətəndaş və İnkişaf Partiyasının qurultayının vaxtı açıqlanıb

Bakı. 27 aprel. REPORT.AZ/ "Azərbaycan Vətəndaş və İnkişaf Partiyasının (VİP) IV qurultayı mayın 28-də keçiriləcək".

Bunu "Report"a VİP sədri Əli Əliyev deyib.

O bildirib ki, bu barədə qərar partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sonuncu iclasında qəbul olunub.

Ə.Əliyev qurultayın keçiriləcəyi yerin hələlik müəyyənləşmədiyin qeyd edib.

VİP sədri partiya sədrliyinə namizədliyin irəli sürülməsi məsələsinə də toxunub: "İstənilən partiya üzvü bu prosesdə iştirak edə bilər. Əgər kimsə seçkili orqanlarda təmsil olunmaq istəyirsə, namizədliyini irəli sürə bilər. Özüm də partiya sədrliyinə namizədliyimi irəli sürəcəm".

Son xəbərlər

Orphus sistemi