Bakı. 3 dekabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Yeganə Məmmədovaya “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə, Məmmədova Yeganə Qurban qızına “Əməkdar müəllim” fəxri adı verilib.
Qeyd edək ki, Y.Məmmədova Naxçıvan Ali Məclisinin deputatıdır.