Yuxarı

Baş nazirin müavini: "Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin əksəriyyəti çoxuşaqlıdır"

Ünvanlı sosial yardım alan ailələrin əksəriyyəti çoxuşaqlıdır

"Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Bu mənada "ölkədə "uşaqpulu" verilmir" məntiqini qəbul etmirəm. Ona görə də ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub. Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur".

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, "Azərbaycanda "uşaqpulu" verilmir" fikrini səsləndirmək doğru deyil: "Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır. Siz bunu "uşaqpulu" formasında ifadə edirsinizsə, o zaman bu, araşdırılmalıdır. Güman edirəm ki, bu məsələ araşdırıla və qərar qəbul oluna bilər. Bir daha qeyd edirəm ki, aztəminatlı ailələrin dövlətdən güzəştalma mexanizmi və forması mövcuddur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi