Ulu öndərin xatirəsi Mərkəzi Aran rayonlarında anılıb - VİDEO

Ulu öndərin xatirəsi Mərkəzi Aran rayonlarında anılıb - VİDEO Salyan rayonunda ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar izdihamlı anım tədbiri keçirilib.
Daxili siyasət
13 Dekabr , 2019 01:44
Ulu öndərin xatirəsi Mərkəzi Aran rayonlarında anılıb - VİDEO

Salyan rayonunda ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar izdihamlı anım tədbiri keçirilib.

“Report”un Aran bürosu xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar, “N” saylı hərbi hissənin əsgər və zabitləri, Qarabağ müharibəsi əlilləri və veteranları, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Anım tədbiri rayon İcra Hakimiyyətində davam etdirilib.

Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Mərkəzinin birgə hazırladığı ədəbi-bədii kompozisiyada ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub, rayon incəsənət ustaları şeir və musiqilərlə çıxış ediblər. Sonra rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Kür” şadlıq evində ehsan süfrəsi açılıb.


***

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin “Anım günü” münasibəti ilə Şirvan şəhərində də tədbir keçirilib.

“Report”un Aran bürosu xəbər verir ki, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar səhər saatlarından ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət edərək ehtiramlarını bildirib, önünə gül dəstələri düzüblər.

Tədbir iştirakçıları öncə Şirvan Gənclər Evinin sərgi salonunda ümummilli lider, ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş sərgi ilə tanış olublar. Gənclər Evinin iclas zalında şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının, Heydər Əliyev Mərkəzinin və Gənclər Evinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda konfrans keçirilib.

Konfrans dövlət himni ilə başlayıb. Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda məruzə ilə çıxış edib. Natiq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və fəaliyyətindən danışıb.

Ulu öndər Heydər Əliyevin elmi-nəzəri irsinin, idarəetmə fəlsəfəsinin, müstəqil dövlətçilik konsepsiyasının və davamlı inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən yeni çalarla zənginləşdirilərək layiqincə davam etdirildiyini, müstəqil dövlətimizin və xalqımızın milli maraqlarının bütün sahələrdə təmin edilməsinə yönəldildiyini vuğulayıb.

Tədbirdə çıxış edən YAP şəhər təşkilatının sədr müavini Paşa Nəbiyev, Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizə xidmət edən həyat və fəaliyyətinin ən önəmli məqamlarından danışıblar. Sonra şəhid ailələrinin, Qarabağ müharibəsi və Çernobıl əlillərinin, dini-qurumların, ictimaiyyət nümayəndələrinin və ziyalıların da iştirak etdiyi ehsan süfrəsi açılıb. 

Son xəbərlər

Orphus sistemi