Tovuz. 28 avqust. REPORT.AZ/ Tovuz Rayon İcra Hakimiyyətinə yeni təyinat olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Rəşad Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə təyin edilib.
R.Zeynalov bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin sədri vəzifəsində çalışıb.