“Hazırda restoran və kafelər müəyyən edilmiş vaxtda fəaliyyət göstərirlər”.
“Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, mövcud vəziyyətə görə əyləncə mərkəzlərinin açılması ilə bağlı hər hansı bir qərar yoxdur:
“Xəstəliyin artması ilə əlaqədar olaraq, bəzi qərarlar dəyişdirilə və yenidən gündəmə gətirilə bilər”.