“Standartlaşdırma haqqında” qanuna dəyişiklik edilib

“Standartlaşdırma haqqında” qanuna dəyişiklik edilib Prezident İlham Əliyev “Standartlaşdırma haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Daxili siyasət
29 Aprel , 2019 17:45
“Standartlaşdırma haqqında” qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev “Standartlaşdırma haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır.

Belə ki, malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) aparılır. Burada müvafiq icra hakimiyyətinin səlahiyyətlərini Prezident həyata keçirəcək.

Uyğunluğu qiymətləndirən qurum isə Azərbaycan Akkreditasiya Mərkəzi olacaq.

Son xəbərlər

Orphus sistemi