Siyavuş Novrzuov: "Gələn seçkilərə qədər bələdiyyələrin sayı azaldılmalıdır"

Siyavuş Novrzuov: "Gələn seçkilərə qədər bələdiyyələrin sayı azaldılmalıdır" "Yasamal rayonundan 3 deputat, 19 bələdiyyə sədri seçilir. Bu qədər bələdiyyə nəyə lazımdır?!"
Daxili siyasət
12 Fevral , 2016 13:50
Siyavuş Novrzuov: Gələn seçkilərə qədər bələdiyyələrin sayı azaldılmalıdır

Bakı. 12 fevral. REPORT.AZ/ "Növbəti bələdiyyə seçkilərinə qədər müəyyən addımlar atılmalı, eləcə də bələdiyyələrin birləşdirilməsi prosesi davam etməlidir". "Report"un məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov parlamentin plenar iclasında deyib.

Deputat çıxışında ölkədə fəaliyyət göstərən bələdiyyə sədrləri və üzvlərinin sayının çox olduğunu və bunun azaldılmasının vacibliyindən danışıb. O, bələdiyyələrlə bağlı qanunvericilikdə ciddi dəyişiklik edilməsini də təklif edib.

S.Novruzov misal olaraq, Yasamal rayonunu göstərib: "Bu rayondan 3 deputat, 19 bələdiyyə sədri seçilir. Bu qədər bələdiyyə nəyə lazımdır?! Belə olan halda onların hamısı torpaq sahəsi və əmək haqqı tələb edir. Ona görə də bələdiyyə üzvlərinin sayı minimum 1, maksimum 9-dək azaldılmalıdır. Elə kəndlər var ki, bələdiyyə üzvü seçməyə adam tapa bilmirlər. Bəzən 200 əhalisi olan kəndə 5 bələdiyyə üzvü seçilir. Məsələ diqqətdə saxlanılmalıdır".

Son xəbərlər

Orphus sistemi